''Tikdiyim evi sökməsəm, həbs olunacam''

Fərrux Əhmədov ötən il Ramana qəsəbəsinin Şuşa şəhərciyindən 2 sot yarım torpaq alıb. Bu gün həmin ərazidə ev tikmək istəsə də, Sabunçu Rayon İcra Hakimiyyətindən torpağın kənd təsərrüfatı təyinatlı olduğunu deyib, tikintiyə mane olublar. Fərrux Əhmədov isə bildirir ki, evini tikə bilməsi üçün ondan 5 min manatadək rüşvət istənilib.

Şikayətçi deyir ki, ərazidəki hazır və tikilməkdə olan bütün evlərin torpağı kənd təsərrüfatı təyinatlıdır. Prezident fərman veribsə, nə üçün bu qərar digər tikinti sahiblərinə şamil edilmir?

Vətəndaş bildirir ki, dövlətin tikinti üçün icazə fondu olsaydı, ora ödəniş edirdi. Əks halda o, heç kimə rüşvət verməyəcəyini deyir. Məsələ ilə bağlı, Sabunçu rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da, vətəndaşdan rüşvət tələb edilməsi ilə bağlı suallarımızı cavablandırmadılar.

Fərrux Əhmədovun 3000 manat rüşvət istəməkdə günahlandırdığı Ramana qəsəbə nümayəndəliyindən Şamil Əliyev isə deyir ki, şikayətçi onun üzünü belə görməyib.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyir ki, torpaq sahəsi vətəndaşa icarəyə verilib. Tikinti üçün İcra Hakimiyyətindən icazə almalıdır.

x

YAZARIN DİGƏR YAZILARI