''Deyirlər, gedin, ölən olanda gələrsiniz''

Yasamal rayonun sakinləri binalarına bitişik inşa edilən yeni tikilidən narazıdır. Tikintini aparan “Deluxe” şirkətidir. 4 mərtəbəli köhnə binanın sakinləri deyir ki, tikinti başlayandan həyətlərində çökəklik, divarlarında çat əmələ gəlib. İnşaat işləri gözlərində yuxu da qoymayıb.

Bina sakinləri deyir ki, onlara nə tikinti şirkəti, nə də Yasamal Rayon İcra Hakimiyyəti dəqiq məlumat verir. Gecə-gündüz davam edən tikintinin hay-küyü ilə nə edəcəklərini bilmirlər.

Yasamal Rayon İcra Hakimiyyəti ilə isə əlaqə yaratmaq mümkün olmadı. “Deluxe” MTK-dan isə bildirdilər ki, tikinti Yasamal Rayon İcra Hakimiyyətinin sərəncamı əsasında aparılır. Gələcəkdə bina sakinləri həmin yeni tikililərə köçürüləcək.

x

YAZARIN DİGƏR YAZILARI