''Turan''da son gün

“Turan” İnformasiya Agentliyi avqustun 31-də qapılarını bağladı. Agentliyin direktoru Mehman Əliyevin həbsindən sonra “Turan” bəyanat yayaraq sentyabrın 1-dən fəaliyyətlərini dayandıracaqlarını açıqlayıb. “Turan” İnformasiya Agentliyi 1990-cı ildə yaranıb.

O, Azərbaycanda yaranan ilk müstəqil agentlikdir. Vergilər Nazirliyi avqustun 8-də “Turan” İnformasiya Agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. Agentlik ittihamları qəbul etmir. Avqustun 17-də isə agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.

Avqustun 25-i Yasamal Rayon Məhkəməsinin qərarı ilə “Turan” İnformasiya Agentliyinin direktoru M.Əliyev haqqında noyabrın 7-nə kimi həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb. Avqustun 28-i və 29-da “Turan”-ın əməkdaşları Vergilər Nazirliyinin Vergi Cinayətləri İdarəsinə çağırılıblar. Onlar “Turan” İnformasiya Agentliyinə qaldırılan cinayət işi ilə bağlı şahid qismində dindiriliblər.

x

YAZARIN DİGƏR YAZILARI