''Güllələr göydən yağış kimi tökülürdü''

Xızı rayonunun N saylı hərbi hissənin silah anbarında baş verən partlayış zamanı alışdırıcılar, qəlpələr ətraf kəndlərə səpələnib. Giləzi kəndində partlamamış hərbi sursata da rast gəlinir. Avqustun 27-də səhər saatlarında baş verən partlayış Xızı rayonunda 3 evi qəzalı vəziyyətə salıb. Sakinlər həmin günü belə xatırlayır.

Evinə qəlpələr düşən Rasimə İsmayılova deyir ki, təlaşdan hamı qaçırdı. Ara sakitləşəndən sonra isə evlərinə dönüblər.

Partlayışla bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda və qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda maddələri ilə cinayət işi başlanıb.

Olayın araşdırılması ilə bağlı Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər, Səhiyyə nazirlikləri, Dövlət Sərhəd Xidməti, Baş Prokurorluq, yerli icra strukturları və digər dövlət orqanlarının nümayəndələrindən ibarət komissiya yaradılıb.

Partlayış nəticəsində hadisə yerində işləyən 6 şəxs qəlpə yarası alıb. Ağır xəsarət alan və ölənlər barədə isə heç bir məlumat verilmir.

x

YAZARIN DİGƏR YAZILARI