''Test ləğv olunmayacaq''

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin mətbuata açıqlaması sosial şəbəkələrdə etiraz doğurub.

O bildirib ki, kurikulum əsasında təhsil alan şagirdlər 2 il sonra 11-ci sinifdə olacaqlar. Onların biliyinin qiymətləndirilməsi fərqli formada aparılacaq.

Təhsil üzrə ekspert Nabatali Qulamoğlu isə deyir ki, test üsulunun ləğvindən söhbət gedə bilməz. Ekspert bildirir ki, yeni imtahan modeli testin mürəkkəb forması ola bilər.

Ekspert əlavə edir ki, kurrikulum proqramı ölkəyə böyük nailiyyətlər gətirməyib. Bu baxımdan tətbiq olunacaq yeni modellərdən də yüksək nəticələr gözləmək lazım deyil.

Bakı sakinlərindən də soruşduq ki, test üsulunun dəyişdirilməsinə razıdırlarmı?

x

YAZARIN DİGƏR YAZILARI