''Bizi buldozerin qabağına verdilər''

Biləcəri qəsəbəsi, Vaqon deposu, Çeşidləmə stansiyasının ərazisindəki 15 ailə artıq 3 aydan çoxdur ki, evsizdir. Sakinlər deyir ki, aprelin 28-də mənzillərində qısaqapanmadan yanğın baş verib. Daha sonra qonşuluqdakı qohumlarının evlərinə sığınıblar. Üstündən 1 ay keçməmiş Biləcəri Dəmiryolu Stansiyasından gəlib sığındıqları evləri də söküblər. Şikayətçi Sərdar İmanov deyir ki, yanğın zamanı mənzilinin otaqları yanmayıb, amma gəlib onları da söküblər. Hətta əkilən ağaclarını da traktorla məhv ediblər.

Biləcəri Dəmiryolu Stansiyasından və Binəqədi rayonu İcra Hakimiyyətindən bu adamları harada yerləşdirəcəklərini soruşmaq istəsək də, sualımızı cavablandırmadılar. Evsiz qalan vətəndaşlarsa məmurlar vədlərinə əməl etməzsə, qışda nə edəcəklərini düşünürlər.

x

YAZARIN DİGƏR YAZILARI