Kürdə batan gəncin axtarışı üçün 5 min manat istənilib?

Kür çayında batan Elvin Paşayevin meyidinin axtarışının dayandırılmasına etiraz edən qohumları avqustun 6-da Qobustan ərazisində Bakı-Astara magistral yolunu kəsiblər. Onlar Fövqəladə Hallar Nazirliyindən axtarışları davam etdirməsini tələb edir.

Elvin Paşayevin avqustun 5-də Kürdə batdığı deyilir. Bu barədə Meydan TV-yə aksiya iştirakçıları məlumat verib. Onların sözlərinə görə, Kürdə batan gəncin axtarışı üçün 5 min manat istənilib.

2 saata yaxın yolu bağlayan aksiyaçılar polisin təkidindən sonra FHN-nə 1 saat vaxt verərək yolu açıblar.

Meydan TV FHN-lə əlaqə saxlamağa cəhd göstərsə də, məsələyə münasibət öyrənə bilməyib.

x

YAZARIN DİGƏR YAZILARI