''Hər 100 məşğul kənd qadınından 75-i aqrar sektordan kənar iş tapa bilmir''

Rövşən Ağayev Fotoqraf: Meydan TV

Rövşən Ağayev: ''Məşğul qadınların cəmi 13 faizinin ali təhsili var''

“Ölkənin kənd yerlərində yaşayan iqtisadi fəal qadınların cəmi 24-25 faizi qeyri-kənd təsərrüfatı işlərində çalışır. Hər 100 məşğul kənd qadınından orta hesabla 75-nin aqrar sektordan savayı seçə biləcəyi iş yeri yoxdur”, - iqtisadçı Rövşən Ağayev belə deyir. 

O, Dövlət Statistika Komitəsinin əmək bazarı və gender statistikasından götürülmüş müxtəlif rəqəmləri bir araya gətirərək analiz edib. Deyir ki, ümumilkdə Azərbaycanın kəndlərində 1.180 mln. nəfər iqtisadi fəal, aqrar sektorda çalışan 950 min qadın var: 

“Məşğul qadınların cəmi 13 faizinin ali təhsili var. Ölkədə 1.411 mln. nəfər iqtisadi baxımdan qeyri-fəal qadın var. İqtisadi qeyri-fəallıq odur ki, insan əmək qabiliyyətli yaşındadır (qadınlar üçün hazırda 16-60 yaş), amma müxtəlif səbəblərdən işləmir. Hazırda ölkə üzrə 1.411 mln. nəfər iqtisadi qeyri-fəal qadınların 575 min nəfərinin evdar qadınlar, 452 min nəfərinin güzəştli şərtlərlə pensiyaçı, 151 min nəfərinin əlilliyə görə pensiyaçı olduğu, 207 min nəfərinin təhsil aldığı, 30 min nəfərinin isə mülkiyyətdən aldığı gəlirə görə işləməyə ehtiyacının olmadığı bildirilir”.

"Neft lənəti"nə mübtəla olmuş ölkələr üzrə görkəmli araşdırmaçı Maykl Rossun resurs ölkələrində qadınların iqtisadi və ictimai fəallığı ilə bağlı çox maraqlı araşdırması var. Onun qənaətincə, qadınları yüksək iqtisadi fəallığa və təhsilə malik olmayan ölkə inkişafdan əlini üzsün. O, həmçinin iqtisadi fəallıq deyərkən aqrar sektorda çalışmağı hesaba almamağı tövsiyyə edir: 

“Bizdə isə ölkə üzrə məşğul qadınların yarısı, kəndələrdə isə 75 faizə qədəri məhz ağır əl əməyinin üstün olduğu kənd təsərrüfatında çalışır. Əlavə olaraq, əmək qabiliyyətli yaşında bütün qadınların 20 faizi evdardır. Onlar  evdənkənar heç bir işlə məşğul deyil”.

x

YAZARIN DİGƏR YAZILARI