204 mindən çox işsiz dövlət qurumuna müraciət edib

Peşəsinə, ixtisasına uyğun iş arayıb tapmayanlar, ya da nə olursa-olsun, axşam evə aparmağa bir tikə çörək tapım deyənlər hara üz tuturlar? Azərbaycanda iş tapmaq asandırmı? “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin keçirdiyi müzakirədə Dövlət Məşğulluq Xidmətinin Statistika sektorunun müdiri Elçin Səlimov bildirib ki, ötən il Məşğulluq İdarəsinə 204 mindən çox şəxs müraciət edib. Onlardan 56 mini işlə təmin olunub. 11 min nəfərə işsizlik müavinəti təyin olunub. İşsizlik müavinəti minimum 75, maksimum 498 manatdır. Şəxsin ixtisası, iş təcrübəsi müavinətin məbləğinə təsir göstərir. O, işsizlərin 2015-ci ilə nisbətən 3 dəfə çox olduğunu vurğulayıb.

“Şəffaflıq Azərbaycan” ölkədə işsizliyin miqyasını ölçmək üçün sorğu keçirib. Birliyin keçirdiyi sorğuda iştirak edənlərin 17,3 faizi iş atararkən məşğulluq idarələrinə üz tutur. Respondentlərin hər 5 nəfərindən biri əmək bazarında peşəsinə uyğun iş tapmadığını bildirib. Birliyin hüquqşünası Aytən Əlizamanlı vəziyyətin yaxşılaşması üçün Rəqabət Məcəlləsinin və Nepotizm (qohumbazlıq) haqqında qanunun qəbul edilməsini istəyib.

Bəs Bakı sakinləri necə düşünür, Azərbaycanda iş tapmaq asandır, yoxsa çətin?

x

YAZARIN DİGƏR YAZILARI