Pasportların rəngi hansı mənanı verir? - Cavab veririk #31

Ümumvətəndaşlıq pasportları, bizim daha çox xarici pasport kimi tanıdığımız sənəd hər ölkədə fərqli rəngdə olur və əslində bunun mənası var imiş. Hər ölkə vətəndaşlarına özünə uyğun rəngdə ümumvətəndaşlıq pasportu verir. Ümumvətəndaşlıq pasportları əsasən 4 rəngdə olur; Qırmızı, Göy, Yaşıl və Qara. Bəs bunların mənası nədir? “Cavab veririk” rubrikasının bu sayında bu suala cavab verməyə çalışacağıq.

Ən geniş yayılmış pasport rəngi. Bu rəngdə pasportları keçmiş və hazırkı kommunist ölkələri seçir. Ona görə də Sloveniya, Çin, Serbiya, Rusiya, Latviya, Rumınya, Polşa, Gürcüstan vətəndaşlarının pasportu bu rəngdədir. Xorvatiya istisna olmaqla Avropa Birliyi ölkələri də tünd qırmızı və onun müxtəlif tonlarında olan pasportlar istifadə edir. Avropa Birliyinə üzv olmaq istəyən ölkələr, məsələn, Türkiyə, Makedoniya, Albaniya bir neçə il öncə qırmızı rəngli pasport istifadə etməyə başlayıb.

 

Tünd göy rəngli pasport yeni dünyanın simvolu sayılır. 15 Karib ölkəsinin vətəndaşları bu rəngdə pasportdan istifadə edir. Cənubi Amerika ölkərinin göy rəngli pasportu Merkosur Ticarət Birliyinə üzvlüyün simvolu sayılır. Bu, Braziliya, Argentina və Paraqvaydır. Birliyə üzv olsa da, Venesualla vətəndaşlarının pasportu qırmızı rəngdədir.  ABŞ isə bu rəngli pasportu yalnız 1976-cı ildən istifadə etməyə başlayıb.

Daha çox müsəlman ölkələri bu rəngli pasportdan istifadə edir. Məsələn, Mərakeş, Səudiyyə Ərəbistanı, Pakistan. Yaşıl rəng Məhəmməd peyğəmbərin sevimli rəngi hesab olunur və təbiət və həyatın simvolu sayılır. Yaşılın müxtəlif tonlarında olan pasportu həmçinin Qərbi Afrika vətəndaşları istifadə edir, məsələn, Burkino Faso, Nigeriya, Niger, Fildişi sahili və Seneqal.

Qara örtüklü pasportlar ən nadir istifadə olunan sənəddir. Bu rəngdə pasportları bir neçə Afrika ölkəsinin vətəndaşları - Botsvana, Zambiya, Burundi, Anqola, Çad, Konqo və başqaları istifadə edir. Həmçinin Yeni Zenlandiya vətəndaşları da qara rəngli pasport daşıyır, çünki bu rəng ölkənin milli rəngi hesab olunur.

x

YAZARIN DİGƏR YAZILARI