''20 manatın ajiotaj yaratması təəccüblüdür''

Etibar Əliyev foto sosial şəbəkə
Etibar Əliyev foto sosial şəbəkə.

Etibar Əliyev: ''Məleykə Abbaszadə, yaxud onun komandası barədə neqativ düşünmək olmur''

Bakalavr səviyyəsinə qəbul olmaq istəyən abituriyentlər üçün keçirilən sınaq imtahanlarında iştirak ödənişli olacaq. APA-nın məlumatına görə, müvafiq qərarla sınaq imtahanlarında iştirak etmək üçün ödəniş məbləği müəyyən edilib. 

Ancaq ödənişin məbləği narazılıqla qarşılanıb. Sosial şəbəkələrdə bu barədə şərh yazan bir sıra iqtisadçılar imtahanın 4-5 manata başa gəldiyi halda "niyə 20 manat" sualını gündəmə gətiriblər. 

Dövlət İmtahan Mərkəzinin qərarını Meydan TV-yə şərh edən təhsil üzrə ekspert Etibar Əliyev quumun ötən ildən publik hüquqi şəxs olduğunu xatırladıb: 

“Bu qurum daha dövlət büdcəsindən maliyyəşmir. Bundan sonra mərkəzin aparatının saxlanılması, imtahanların keçirilməsi, imtahan nəticələrinin əks olunduğu nəşrlərin buraxılması üçün müəyyən maliyyə lazımdır. Dövlət İmtahan Mərkəzi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının varisidir və ən az neqativlik müşahidə olunan qurumlardandır. Hər bir valideyn övladının təhsili üçün investisiya qoyur, bura repititor, əlavə vəsaitlərin alınması və digər işlər daxildir. Əgər valideyn övladına 4-5 fəndən repititor tutursa, bunun müqabilində 20 manat kiçik rəqəmdir. Yaxud özəl məktəblər var ki, təhsil haqqı 5-10 min manat civarındadır. Bununla bağlı etiraz olmadığı halda 20 manatın ajiotaj yaratması təəccüblüdür”. 

"Bir şagirdin imtahan xərci 4-5 manata başa gəlirsə, niyə 20 manat ödəməlidir" sualına E.Əliyev belə cavab verib:

" Dövlət İmtahan Mərkəzinin saxlanması üçün də vəsait  lazımdır. Mərkəzin başqa gəlir mənbəyi olsa, imtahanları pulsuz da keçirə bilərlər. Necə olurdu ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 90-cı ildən imtahanları pulsuz keçirirdi, indi keçirə bilmir? Deməli, qurumun saxlanılması üçün vəsait lazımdır. Hər halda mərkəzin rəhbərliyi kifayət qədər korrupsiyadan kənar adamdır. Yəni Məleykə Abbaszadə, yaxud onun komandası barədə neqativ düşünmək olmur".

x

YAZARIN DİGƏR YAZILARI