''Mehriban xanım, bir gün kasıbları da qəbul elə''

Yanvarın 10-da əllərində eks-prezident Heydər Əliyev və ölkə başçısı İlham Əliyevin şəkilləri olan bir qrup şikayətçi Prezident Administrasiyasının qarşısına toplaşıblar. Şikayətə gələnlər kameranı görən kimi "bəlkə səsimizə səs verən tapılar" deyib problemlərindən danışmağa başlayıblar.

Aliyə Təmrazova deyib ki, 7 ildir prezidentə, Fuad Ələsgərova müraciət etsə də, onu qəbul etmirlər.

"Qrup şəklində 19-20 nəfər xahiş eləmişik ki, Fuad Ələsgərov bizi qəbul eləsin. Neçə ildir müraciət edirik, cənab Fuad Ələsgərov bizi bir dəfə də olsun qəbul etmir. Amma cənab prezident deyir ki, mənim administrasiyama müraciət edin. Bəs biz hara gedək?"

Şikayətə gələnlərdən Sona Məmmədova isə küçələrdə yaşadığını deyir.

""SOCAR" məni işdən çıxarıb. Nə yardım alıram, nə pensiya. Ev-eşiyimi də əlimdən alıblar. Küçələrdə qalıram. Bu da Mehriban xanıma yazdığım ərizədir. Gəlirəm şikayətə, döyürlər, polislərə salırlar məni. Heç kim də kömək etmir. Tənha qadınam mən".

"Prezident aparatını da özəlləşdiriblər, çıxmırlar. Biz prezidentimizdən yerlə göy qədər razıyıq. Onun xəbəri yoxdur bu işlərdən. Prezidentimiz bilsin, bir şey olanda onun dalında biz duracayıq, bunlar durmayacaq. Xahiş edirəm Mehriban xanım bir gün biz anaları da qəbul eləsin. Mehriban xanım bir gün kasıbları da qəbul eləsin. Ölkə dövlətlilərdən ibarət deyil ki. Ölkənin kasıb vətəndaşları, kasıb anaları var"-şikayətçilərdən biri deyir.

Kanalımıza abunə ol, daha çox video izlə - https://goo.gl/TcM9Fm

x

YAZARIN DİGƏR YAZILARI