Nə işə yaradığını bilmədiyiniz 10 element - Cavab veririk #22

Az qala hər gün gördüyümüz, istifadə etdiyimiz əşyalardakı bəzi detalların nəyə lazım olduğundan, onların nə üçün yaradılığından çoxumuz xəbərsizik. Məsələn, cins şalvarlardakı nisbətə kiçik cib nə üçündür? Köynəklərin arxasındakı xırda asılqan ora hansı məqsədlə əlavə edilib?

“Cavab veririk” rubrikasında bu dəfə bu suallara cavab tapmağa çalışacağıq.

Köynəyin arxasındakı kiçik halqa. Bəziləri bunun sadəcə bəzək üçün ora əlavə edildiyini düşünsə də, əslində bunun səbəbi başqadır. Belə ki, bu halqa ilk dəfə 1900-cü illərdə fəhlələrin köynəklərinə əlavə edilib . Məqsəd isə paltardəyişmə otaqlarında asılqandan rahat asılmağı və daha az yer tutmağı olub. Buna baxmayaraq indi də bu halqa köynəklərə bərkidilir və asılqandan asmaq üçün istifadə oluna bilər.

Təyyarənin pəcərəsindəki kiçik dəlik. Bu dəliyin məqsədi hava təzyiqini balanslamaqdır. Belə ki, yerdən minlərlə kilometr hündürlükdə havanın təzyiqi yerdəkindən kəskin fərqlənir. Bu dəlik isə həmin təzyiq fərqinin şüşələri sındırmasının qarşısını alır.

Mavi-qırmızı pozan. Bu pozanın mavi hissəsi kağıza bərk basılaraq yazılan yazıları pozmaq üçündür. Bu hissə yazını yaxşı pozur, amma ondan iz qalır. Qırmızı tərəf isə həmin izi təmizləməyə yarayır.

Cips paketində olan hava boşluğu. Çoxu bunun cips istehsal edənlərin paketə daha az məhsul yığmaq üçün fikirləşdikləri fırıldaq olduğunu düşünsə də, əslində səbəb cispləri daşınma zamanı qırılıb əzilməkdən qorumaqdır.

Cins şalvarlardakı balaca cib. Bu cib şalrvarlara 19-cu əsrdə zəncirli cib saatlarını daşımaq üçün əlavə edilib. Hazırda belə saatlar demək olar ki, istifadə olunmasa da, şalvardakı ciblər hələ də tikilir.

Təzə alınmış paltarların üstündəki əlavə bir hissə parça. Bu parçanın köməyi ilə yeni paltarı yuyacağınız halda onun necə dəyişəcəyini öyrənmək mümkündür. Sadəcə həmin hissəciyi yumaqla paltarın rənginin dəyişib-dəyişməyəcəyini, ölçüsünün balacalaşmayacağını müəyyən etmək olar.

Dəmir qabdakı qazlı içkilərin qapağındakı dəlik. Bu dəlikdən istifadə edərək suyu içdiyiniz çubuğu həmin dəliyə salaraq sabit saxlamaq olar

Qələmlərin qapağındakı dəlik. Əgər stressdən kimsə bu qapağı udsa, dəlik ilk tibbi yardım göstərilənə qədər boğazdan hava kəçməyini təmin edir.  

x

YAZARIN DİGƏR YAZILARI