“Yurd” TV bağlandı

Televiziyanın hansı səbəbdən qapadılması açıqlanmır

Aprelin 10-da “Yurd” internet televiziyası fəaliyyətini dayandırıb. Məlumat sosial şəbəkələrdə yayılandan sonra təsdiqlənib.
Qərarı kollektivə kanalın rəhbəri Rüstəm Əliyev elan edib.

Televiziyanın Xəbərlər Departamentinin rəhbəri Səadət Məmmədova xəbəri təsdiqləsə də, səbəbləri barədə danışmayıb: “Yalnız onu deyə bilərəm ki, xəbər doğrudur. Təsisçilər belə bir qərar qəbul edib. Ətraflı məlumat istəyirsinizsə, rəhbərliyimizlə əlaqə saxlamaq lazımdır”.

S.Məmmədova “Yurd” TV-nin “Region” TV ilə birləşdirilməsi haqqında xəbərə konkret aydınlıq gətirməyib: “Mənim bu barədə heç bir bilgim yoxdur”.  

Sosial şəbəkələrdə və bəzi mətbuat orqanlarında “Yurd” TV-nin bir müddət əvvəl Prezident Administrasiyasında şöbə müdiri vəzifəsindən kənarlaşdırılıb, sonradan isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində şöbə müdiri vəzifəsinə təyin olunan Elnur Aslanova bağlı olduğu bildirilirdi. Amma kanalın maliyyəsinin SOCAR-dan gəldiyi ehtimal olunurdu.

“Yurd” TV 2011-ci il martın 1-də fəaliyyətə başlayıb.