İslamAzeri.az saytının Facebook səhifəsi ələ keçirilib

Azadxeber.az saytı dağıdılıb

Azadxeber.az saytına xaker hücumu olub. Sayt tamamilə dağıdılıb. İslamAzeri.az saytının rəsmi Facebook səhifəsi də ələ keçirilib.

Saytın əməkdaşlarının Meydan TV-yə verdiyi məlumata görə, admin panelə müdaxilə olunub və son iki həftənin xəbərləri tamamilə silinib. Hazırda hər iki saytın normal fəaliyyətinə maneələr var.

Güman edilir ki, bu müdaxilələr son zamanlar inanclı kəsimə qarşı olan münasibətin nəticəsidir.