Çin hökuməti öldüyü deyilən Abdurrehim Heyitin yaşadığını iddia edir

Uyğur xalq ozanının olduğu bildirilən video yayılıb

Çinin dövlət mediası uyğur türklərinin məşhur xalq şairi olan Abdurrehim Heyitin Çində bir həbsxanada öldüyünə dair iddialara qarşı çıxaraq, Hetiyin sağ olduğunu bildirən video yayımlayıb.

Videoda Heyit olduğunu söyləyən bir adam fevralın 10-da danışdığını və vəziyyətinin yaxşı olduğunu ifadə edir. Videodan "Milli qanunvericiliyi pozduğu üçün təqsirlədirildiyi və pis rəftara məruz qalmadığı" eşidilir.

Video Çinin dövlət radiosu olan CRİ-nin türk dili xidməti tərəfindən yayılıb. Uyğurlar CRİ tərəfindən yayılan videonun gərçək olub-olmadığını sual edir. ABŞ mərkəzli Uyöur İnsan Haqları Proyektinin rəhbəri Nury Turkel BBC-ə açıqlamasında videodakı bəzi ünsürlərin “şübhəli” olduğunu söyləyib. Türkel eyni zaman bildirib ki, Çinin Türkiyənin iddialarının ardından ictimaiyyətə açıqlama etməsi təzyiq olanda Çin hökumətinin hərəkətə keçdiyinin bir sübutu olaraq görülməlidir.

Türkiyə Xarici İşlər Nazirliyi Heyitin Çindəki həbsxanaların birində öldüyünü bildirmişdi. Nazirlik sözcüsü Hami Aksoy yazılı açıqlamasında “Bir bəstəsinə görə 8 ildir həbsə məhkum edilən dəyərli xalq ozanı Abdurrehim Heyitin həbsxanadakı ikinci ilində vəfat etdiyi xəbərini dərin hüznlə öyrəndik,”- deyib. Açıqlamada ayrıca Çində Şincan Avtonom Uyğur Bölgəsindəki uyğur türklərinin və digər müsəlman icmalarının “təməl insan haqlarını tapdayan hərəkətlərin xüsusilə son iki il içərisində ağırlaşdığı” da yer alıb. Çinin Ankara Səfirliyi isə mövzuyla bağlı internet səhifəsindən etdiyi açıqlamada Türkiyə Xarici İşlər Nazirliyinin sözcüsünün açıqlamalarının tamamən reallığa sığmadığını bildirib. Açıqlamada “Çin tərəfi buna şiddətlə qarşı çıxır” ifadələri yer alıb.

Dutarın Kralı olaraq tanına Heyit iki bəstəsi səbəbilə 8 il həbs alıb və 2017-ci ildən bəri Çində həbs həyatı yaşayır. Onun toplama kampında olduğu bildirilirdi.