Mehman Hüseynova dəstək üçün keçiriləcək mitinqə icazə verildi

Mehman Hüseynov

Aksiya “Məhsul” stadionunda olacaq

Yanvarın 15-də Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Demokratik Qüvvələrin Milli Şurası və AXCP-nin birgə mitinqinə razılıq verib.

Bloger Mehman Hüseynova dəstək üçün keçirilməsi planlaşdırılan mitinq yanvarın 19-u saat 15:00-da “Məhsul” stadionunda olacaq.

Müsavat Partiyası da Mehman Hüseynova dəstək mitinqi keçirmək istəyirdi. 

Ancaq BŞİH buna icazə verməmişdi.

AXCP sədri Əli Kərimli isə bütün siyasi qüvvələri bu mitinqdə iştirak etməyə çağırıb:

“Ölkədəki repressiyaya dayan “dur” demək istəyən bütün müxalif qüvvələr bu mitinqə qoşulsun”.