Tamerlan Qarayev
Tamerlan Qarayev

Tamerlan Qarayev İndoneziyadan geri çağırıldı, Litvaya göndərildi

Prezident sərəncam verib

Dekabrın 13-də Azərbaycanın İndoneziya, Filippin, Timor-Leste və Sinqapur respublikalarında fövqəladə və səlahiyyətli səfiri Tamerlan Elmar oğlu Qarayev geri çağırılıb. Prezident İlham Əliyevin sərəncamına əsasən, Tamerlan Qarayev Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında daimi nümayəndəsi vəzifəsindən də azad olunub.

İlham Əliyevin başqa bir sərəncamı ilə Tamerlan Qarayev Azərbaycanın Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

66 yaşlı Tamerlan Qarayev Azərbaycan Ali Soveti sədrinin keçmiş müavinidir. O, əvvəllər Azərbaycanın Çində və Hindistanda fövqəladə və səlahiyyətli səfiri olub.