Dmitry Rybolovlev
Dmitry Rybolovlev

Monakoda Rusiyanın 10 varlı adamından birini həbs ediblər

Biznesmenə qarşı korrupsiya ittihamı ilə cinayət işi açılıb

Monako, yerli prokurorluğun sorğusu əsasında, rusiyalı milyarder Dmirti Rıbolovlev saxlanılıb.

Rusiya mətbuatının məlumatına görə, ona qarşı korrupsiya ittihamı irəli sürülüb. Onun evində axtarış aparılıb. 

D.Rıbolovlev “Forbes” jurnalının versiyasına görə, Rusiyanın 10 varlı adamından biridir.

Biznesmen 2011-ci ildə “Monako” klubunun nəzarət səhmlərini alıb.

Maraqlıdır ki, D.Rıbolovlevi noyabrın 6-da Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində baş tutan “Monako”-“Brüge” oyunundan bir neçə saat əvvəl saxlayıblar.