''Demokratiya dərsləri'' işıq üzü görüb

Kitabda insan hüquq və azadlıqlarından, eləcə də hökumət-vətəndaş münasibətlərindən söz açılır

Avropada yaşayan hüquqşünas Ataxan Əbilovun yeni kitabı nəşr olunub. “Demokratiya dərsləri” adlı kitabda cəmiyyət idarəçiliyi və onun ayrı-ayrı tərəfləri ilə bağlı demokratiya məsələlərindən bəhs edilir. Topluda müəllifin mühacirətdə yaşadığı dövrdə sözü gedən mövzu ətrafında yazdığı məqalələr, müxtəlif tədbirlərdə etdiyi çıxışlar və kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr əksini tapıb.

Kitabda demokratiya, insan hüquq və azadlıqları, dövlət, hüquqi dövlət, hökumət, vətəndaşlıq anlayışları kimi nəzəri məsələlərlə yanaşı, Azərbaycanda insan hüquqların praktik vəziyyəti ilə bağlı konkret hallar da qələmə alınıb. Eyni zamanda sosial dövlət olaraq Niderlandda təhsil, səhiyyə, dövlət və vətəndaş münasibətlərin ayrı-ayrı tərəfləri barədə məlumat verilir.

Ataxan Əbilov hesab edir ki, kitabdan siyasətçilər, hüquq müdafiəçiləri, aidiyyəti mütəxəsislər, tələbələr və bu mövzu ilə maraqlanan hər bir şəxs faydalana bilər.

Kitabı oxumaq istəyənlər, bu keçiddən endirə bilərsiniz.