Liftin qırılması nəticəsində 6 nəfər yaralanıb
Liftin qırılması nəticəsində 6 nəfər yaralanıb

Bakıda binada lift qırıldı, 6 nəfər yaralı var

“Yaralıların vəziyyəti ağır deyil”

Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında trosu qırılan lift şaxtaya düşüb. Nəticədə 6 nəfərin xəsarət aldığı deyilir.

Hadisə iyulun 13-də, axşam saatlarında Xudu Məmmədov küçəsi 18 ünvanda yerləşən “TİKMAT” MTK-nın tikdiyi çoxmərtəbəli yaşayış binasında qeydə alınıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın Meydan TV-yə verdiyi məlumata görə, yaralılar arasında olan 2 azyaşlı 1 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. 3 nəfərsə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Daha bir nəfərə isə yerində yardım edilib. Onun sözlərinə görə, yaralıların vəziyyəti ağır deyil.

3 saylı Şəhər Klinik Xəstəxanasından Meydan TV-yə deyiblər ki, müxtəlif sınıq xəsarətləri ilə 3 nəfər gətirilib. Onlardan 2-si yetkin, biri isə yeniyetmədir.