AXCP Şəki rayon təşkilatının fəalı saxlanılıb (yenilənib)

Rauf Əbdürrəhmanlı

***

AXCP-dən Meydan TV-yə Rauf Əbdürrəhmanlının 30 sutka inzibati cəza aldığı bildirilib. İttihama görə, cəbhəçi küçədə yüksək səslə söyüş söyməklə ictimai asayişi pozub. 

***

''Saxlanılma səbəbi siyasi fəaliyyəti ilə bağlıdır''

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Şəki rayon təşkilatının fəalı Rauf Əbdürrəhmanlı iyunun 13-də Bakıda saxlanılıb.

Bu barədə AXCP-dən bildiriblər.

O, Şəkiyə göndərilib. R.Əbdürrəhmanlı Şəkidə polis şöbəsində saxlanılır.

AXCP-də hesab edirlər ki, Əbdürrəhmanlının saxlanması onun siyasi fəaliyyəti, hakimiyyəti tənqid etməsi ilə bağlıdır.

DİN fəalın saxlanması haqqında məlumatı şərh etmir.