Prezident Binəqədi rayon icra başçısını işdən çıxarıb

Xaləddin İsgəndərov

Fazil Məmmədovun qohumu vəzifəsindən azad edilib

Prezident İlham Əliyev Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun tutduğu vəzifədən azad edilməsi barədə sərəncam imzalayıb.

X.İsgəndərov 2017-ci ilin dekabrında vergilər naziri vəzifəsindən azad edilən Fazil Məmmədovun bacısının əridir.

F.Məmmədov vəzifəsini itirdikdən sonra X.İsgəndərovun da eyni aqibəti yaşayacağı barədə xəbərlər mətbuatda tez-tez yer alırdı.