İranda etiraz aksiyalarında 1 nəfər ölüb, 6 nəfər yaralanıb

İranda aksiyalardan foto

Sakinlər şəhərin bölünməsinə etiraz edirlər

İranda, paytaxt Tehranın 900 km cənubunda yerləşən Kazerun şəhərində etiraz aksiyası olub.

“Fars” agentliyi xəbər verir ki, sakinlər şəhərin bəzi rayonlarının ayrılmasına etiraz edirlər.

Məlumata əsasən, polislə qarşıdurmalarda etirazçılardan biri öldürülüb, altısı yaralanıb.

Kazerun şəhərinin yerləşdiyi Fars vilayətinin valisi Esmail Tabadar bir etirazçının öldüyünü təsdiqləyib.

O, şəhərdə “hələ də dağınıq etirazlar”ın davam etdiyini, ancaq “vəziyyətin nəzarətdə olduğunu” bildirib.