Siyasi mühacirlər prezident seçkilərinə etiraz ediblər

Onlar Azərbaycan hökumətini siyasi məhbusları azad etməyə çağırıblar

Avropadakı siyasi mühacirlər Almaniyanın paytaxtı Berlin şəhərindəki Azərbaycan səfirliyinin önündə etiraz aksiyası keçirib.

Aksiya iştirakçıları "Siyasi məhbuslara azadlıq", "Diktatoru Tanıdaq", "Prezident seçkilərini baykot" kimi şüarlar səsləndiriblər. Əllərində siyasi məhbusların fotoları olan plakatlar tutublar.

Onlar Azərbaycan hakimiyyətindən siyasi məhbusları azad etməyi, siyasi fəallara qarşı təhdid və basqıları durdurmağı tələb ediblər. Aksiyaya Avropanın müxtəlif şəhərlərindən, əsasən də Almaniyadan olan siyasi mühacirlər qatılıblar.