Foto Reuters

Saakaşvili ev dustaqlığına buraxıldı

Keçmiş prezident 2 ay qolunda elektron bilərzik gəzəcək

Kiyevin Piçerski Məhkəməsi Gürcüstanın sabiq prezidenti, “Yeni qüvvələr hərəkatı”nın lideri Mixail Saakaşvili haqqında 2 aylıq ev dustaqlığı qərarı çıxarıb.

Məlumatı "unian.net" yayıb.

Qərar Ukraynanın Cinayət Məcəlləsinin 177-ci maddəsinin 1, 2, 3, 4,5-ci bəndləri əsasında çıxarılıb.  

Yerli prokurorluğun bu barədə vəsatəti Mixail Saakaşvilinin səhhətindəki problemlərə əsaslanıb.

Bildirilir ki, Mixail Saakaşvili qarşıdakı 2 ayı mənzilində və “elektron bilərzik”də keçirəcək. Amma bununla bərabər Odessanın keçmiş qubernatoruna tərəfdarlarına telefon və "skype"la əlaqə saxlamaq qadağan olunmur.

Sabiq qubernator dekabrın 9-da saxlanılıb.

Mixail Saakaşvili 2004-2013-cü illərdə Gürcüstan prezidenti olub. Sonradan Ukrayna prezidenti Petro Poroşenkonun dəvəti ilə 2015-2016-cı illərdə Odessa vilayətinin qubernatoru vəzifəsində çalışıb. 2016-cı ildə vəzifəsindən istefa verərək Ukrayna prezidentinə qarşı müxalifətə keçib.