Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını deyib

ABŞ prezidenti Donald Tramp Qüdsün (Yerusəlim) İsrailin paytaxtı kimi tanınmağın zamanı gəldiyini bəyan edib. 

Euronews”-un məlumatına görə, Tramp bunun çoxdan edilməli olduğunu, ancaq sələflərinin buna cəsarət etmədiyini söyləyib.

D.Trump artıq Dövlət Departamentinə diplomatik missiyanın köçürülməsi üçün hazırlıqların başlamasına göstəriş verdiyini bildirib. Eyni zamanda, Ağ Evin rəhbəri əlavə edib ki, ABŞ regionda sülhün əldə olunması üçün əlindən gələni edəcək.

Dövlət Departamenti öz vətəndaşlarını Qüds və ətrafını səyahət etməmək barədə xəbərdarlıq edib.

Hələ bir müddət öncə ərəb ölkələrinin liderləri D.Trampı bu niyyətinə görə tənqid ediblər. İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr Trampı Qüdsü İsrailin paytaxtı kimi tanımaqdan və ölkə səfirliyini ora köçürməkdən çəkinməyə çağırıblar.