Yəmənin sabiq prezidentinin öldürüldüyü bildirilir

Əli Abdullah Saleh
Əli Abdullah Saleh.

Hadisə ilə bağlı ehtimallar araşdırılır

Yəmənin sabiq prezidenti Əli Abdullah Salehin öldürüldüyü bildirilir.

Məlumatı Lenta.ru yayıb.

Hadisə dekabrın 4-də baş verib. İlkin məlumatlarda sabiq prezidentin qətlində iki ehtimal var; birincisi, onu olduğu mənzildə öldürüblər. İkinci ehtimala əsasən, o, Mərib şəhərinə gedən yolda öldürülüb.

Bildirilir ki, hazırkı prezident Əbd Rəbbi Mənsur Hadi bir müddət əvvəl Saleh tərəfdarları ilə sünnilər arasında döyüş gedən Sane şəhərinə qoşun yeridilməsi barədə əmr vermişdi. 

Yəməndə bir neçə ildir vətəndaş müharibəsi gedir. Əsas mübarizə şiə hərəkatı olan “Ənsar Allah” ilə Səudiyyə Ərəbistanının dəstək verdiyi indiki prezident Əbd Rəbbi Mənsur Hadi tərəfdarları arasındadır. 

Əli Abdullah Saleh 1942-ci il martın 21-də Yəmənin Səna şəhərinin Beyt əl-Əhmər rayonunda anadan olub, zeydi Haşid qəbiləsindəndir.

1999-cu ildə Saleh ölkədə keçirilən ilk ümumxalq səsverməsi nəticəsində səslərin 96%-ni toplayaraq, prezident seçilir.

2001-ci ildə isə konstitusiyada dəyişiklərin edilməsinə nail olan Saleh prezidentlik müddətinin 7 ilədək uzadılmasına müvəffəq olur.

2005-ci ildə Saleh ölkədə keçiriləcək növbəti prezident seçkilərində iştirak etməyəcəyini söyləsə də, bir il sonra vədinə xilaf çıxır və yenidən seçkilrə qatılıb 77,17 faiz səslə prezident olur.

2011-ci ilin yanvar-fevral aylarında Tunis və Misirdə başlayan, ardınca Liviyaya sıçrayan xalq inqilablarından sonra növbə Yəmənə gəlib çatır və nümayişçilər Əli Abdullah Salehin istefası tələbi ilə küçələrə çıxır. Təhlükəsizlik Qüvvələrinin xalqa atəş açması nəticəsində 100-dən çox sakin ölür.

Ancaq prezident hökuməti istefaya göndərsə də, mitinqlər səngimir, sonda o istefa verir və baş verənlərdə ABŞ və İsraili ittiham edir.

Evlidir, 7 oğlu var.