Laura Kuper
Laura Kuper

Vaşinqtonun Əfqanıstanla bağlı yeni çağırışları Bakıda müzakirə olundu

Laura Kuper: ''Bu yanaşma vaxt zamini əsasında yox, şəraitdən asılı olaraq qurulur''

ABŞ müdafiə nazirinin köməkçisinin müavini vəzifəsini icra edən Laura Kuper oktyabrın 12-də "Abşeron" hotelində Bakı səfəri ilə əlaqədar jurnalistlər üçün brifinq keçirib. 

Laura Kuper deyib ki, səfərinin məqsədi Vaşinqton-Bakı əlaqələrini necə dərinləşdirməyi nəzərdən keçirməkdir. ABŞ Azərbaycanı beynəlxalq terrorçuluğa qarşı aparılan mübarizədə çox dəyərli tərəfdaş kimi qiymətləndirir. Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakı çox müsbətdir. 

Azərbaycanın NATO-nin təhlükəsizlik standartlarına necə cavab verməsinə gəlincə, xanım Kuper bildirib ki, dövlətinizin NATO-nun Əfqanıstanda həyata keçirdiyi sülhməramlı əməliyyatlarına dəstək verməyini yüksək qiymətləndirirlər:

"Çox şadam deməyə ki, 94 Azərbaycan əsgəri Əfqanıstanda digər sülhməramlılarla gündəlik əzmkarlıq göstərib vəzifə borclarını yerinə yetirirlər. Onlar Əfqanıstanda sabitliyin bərqərar olmasına yardım göstərirlər".

O, Azərbaycan hökumətinin müxtəlif təmsilçiləri ilə görüşdüyünü də deyib:

"Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Sərhəd Xidməti və Prezident Administrasiyasının rəsmiləri ilə çox faydalı görüşlərim oldu. Əsas müzakirə etdiyimiz məsələ ABŞ-ın Əfqanıstanda və Cənubi Asiyada tətbiq etdiyi yeni yanaşmalardır. Bu yanaşma vaxt zamini əsasında yox, şəraitdən asılı olaraq qurulur".

“Ankara-Vaşinqton münasibətlərinin Türkiyə-NATO münasaibətlərinə nə dərəcədə təsir edə bilər” sualına Laura Kuper "bu məsələ Dövlət Departamentinə aid olduğundan sualı bu quruma ünvanlayardınız" cavabını verib.

Laura Kuperin qısamüddətli səfəri oktyabrın 12-də başa çatıb.