Musa Qasımlı: Dərsliklərin yazılmasında inhisarçılıq var

Musa Qasımlı
Musa Qasımlı

''Bir dərslikdə axı nə qədər xronologiya və insan adı ola bilər?!''

Dərslik vəsaitləri ilə bağlı qanun layihəsi hazırlana bilər. Bu barədə Milli Məclisin Elm və təhsil haqqında komitəsinin üzvü Rafael Hüseynov komitənin iclasında təklif irəli sürüb.

“Report”-un məlumatına görə, sentyabrın 18-də keçirilən iclasda deputat deyib ki, dərslik siyasəti ilə bağlı ciddi işlər görülməlidir.

Təhsil Nazirliyinin Ekspertiza Şurasında təmsil olunduğunu deyən R.Hüseynovun sözlərinə görə, mövcud dərsliklərlə bağlı doldurulmalı boşluqlar az deyil: 

“Bu şəkildə davam edilsə, gələcəkdə dərslik siyasətinin qənaətbəxş olduğu haqda nəsə deyə bilmərik. Hesab edirəm ki, dərsliklərdə nəyin hansı həddə olmasını müəyyənləşdirən qanun layihəsi hazırlanmalıdır. Qanunda elə parametrlər olsun ki, hansı müəlifin yazmasından asılı olmayaraq həmin müddəalar nəzərə alınsın və nəzərdə tutulan parametrlərdən kənara çıxılmasın. Bu, qanunla idarə olunarsa, o zaman ayrı-ayrı dərsliklərdə çoxlu sayda xətaların ortaya çıxmasının qarşısı alına bilər”.

Komitənin digər üzvü Musa Qasımlı isə deyib ki, dərsliklərin yazılmasında inhisarçılıq var:

"Bir dərslikdə axı nə qədər xronologiya və insan adı ola bilər?! Dərsliklərdə əsas ideya dövlətçiliyi aşılamalıdır, statistikanı yox".