Avropa Parlamenti
Avropa Parlamenti

''Azərbaycanın pulyuyan maşını'' Avropa Parlamentində müzakirə olunub

Araşdırma ilə bağlı qərar layihəsi qəbul edilib

Sentyabrın 13-də Avropa Parlamentində "Azərbaycanın pulyuyan maşını" adlı araşdırma müzakirə edilib və qərar layihəsi qəbul olunub.

Azadlıq Radiosunun məlumatına görə, sənəddə avropalı parlamentarilər Azərbaycan və digər avtokratik rejimlərin Avropalı siyasətçiləri ələ almasını kəskin ittiham edirlər. Deputatlar bu cür korrupsiya ittihamlarının Avropa Parlamentində hərtərəfli araşdırılmasını, Bakı və buna bənzər rejimlərin gələcəkdə də bu cür korrupsiyalara yol verməməsi üçün təcili qabaqlayıcı addımlar atılmasını tələb edirlər.

Avropa Parlamentində bu sənədin lehinə 349 deputat, əleyhinə 290 deputat səs verib.