Sabiq prezident və sabiq qubernator Ukraynada mitinqlərə başlayır

Mixail Saakaşvili sentyabrın 18-də məhkəmə qarşısına çıxmalıdır

Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin sentyabrın 13-də Ukraynanın Çernovtsı şəhərində mitinq keçirəcəyini bəyan edib.

O, bu barədə "Facebook" səhifəsində məlumat paylaşıb. 

Sabiq qubernator Ukraynada dəyişikliklərin Çernovtsıdan başlanacağını söyləyib, ardınca da vətəndaşları saat 18.00-da şəhərin Mərkəzi meydanına çağırıb.

Mixail Saakaşvili barəsində Ukrayna Cinayət Məcəlləsinin 332-ci (Ukrayna Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi açılıb.

Sabiq qubernator sentyabrın 18-də məhkəmə qarşısına çıxmalıdır.