Hava
Hava

Həftə sonu isti keçəcək

Avqustun 12-i Bakı və Abşeron yarımadasında havanın, əsasən, yağmursuz keçəcəyi bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeronda gecə 23-26, gündüz 31-36, Bakıda gecə 23-25, gündüz 34-36 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da havanın, əsasən, yağmursuz keçəcəyi bildirilir. Gecə 20-25, gündüz 34-39, dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti təxmin edilir.