Eldar Sultanovun bacısı oğlunun qəzada öldüyü bildirilir

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov

Abşeronda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub. 

Məlumatı Daxili İşlər Nazirliyi yayıb. Bildirilir ki, avqustun 10-da saat 10:00 radələrində Abşeron rayonunun Saray qəsəbəsində yerli sakin Vüqar Cavadov idarə etdiyi “Hyundai” markalı avtomobillə yol kənarında duran Sumqayıt sakini Ramil Əliyevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.

İşlə bağlı Abşeron RPİ tərəfindən araşdırma aparılır.

APA-nın əldə etdiyi məlumata görə, qəzada dünyasını dəyişən Ramil Əliyev Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun bacısı oğludur.