Zəlzələ şkalası/ sosial şəbəkə
Zəlzələ şkalası/ sosial şəbəkə

Xəzərdə zəlzələ olub

''Episentri 60 km dərinlikdə yerləşib''

Avqustun 10-u səhər Xəzər dənizində zəlzələ olub.

Məlumatı Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi yayıb.

Mərkəzin xəbərinə görə, yerli vaxtla saat 02:24- də Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələnin episentri 60 km dərinlikdə yerləşib və maqnitudası 3 olub. Zəlzələ hiss edilməyib.