Dərman vasitələrinin qiyməti tənzimləndi

Tarif Şurası bir sıra dərman vasitələrinin qiymətlərini təsdiq edib

Tarif (qiymət) Şurası 10385 dərman vasitəsinin qiymətini tənzimləyib. Bu barədə qurumun saytında məlumat verilib. Bildirilir ki, şuranın iyulun 14-də keçirilən iclasında dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesinin davamı olaraq, bir sıra dərman vasitələrinin qiymətləri də təsdiq edilib.

Ümumilikdə, ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 10385 dərman vasitəsinin tam siyahısı Şuranın rəsmi internet saytının “Dərman vasitələri” bölməsində yerləşdirilib.