Hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olacaq

Bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var

İyulun 15-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, şimal-şərq küləyi gündüz  cənub-şərq küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına əsasən havanın temperaturunun gecə 19-23° isti, gündüz 30-34° isti, Bakıda gecə 19-21° isti, gündüz 31-33° isti olacağı gözlənilir.

 Atmosfer təzyiqi 757  mm civə sütunu, nisbi rütubət gecə 70-80%, gündüz  45-50%  olacaq.

Bildirilir ki, tibbi-meteoroloji proqnoza əsasən, iyulun 17-dək Abşeron yarımadasında zəif küləklərin üstünlüyü fonunda günorta saatlarında isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.

Rayonlarda hava əsasən yağmursuz keçəcək. Amma gündüz bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 19-24° isti, gündüz  32-37° isti, dağlarda gecə 11-16° isti, gündüz  20-25° isti olacağı gözlənilir.