Bərdədə kanalizasiya quyusunda partlayış olub (yenilənib)

foto APA

***

Bərdə Su Kanalizasiya İdarəsinin rəisi Şəmil Ziyadov APA-ya açıqlamasında deyib ki, vətəndaş Elşən Cavadov evinin qarşısında 6 metrlik kanalizasiya quyusu qazıb. 

O qeyd edib ki, həmin kanalizasiya quyusunun Bərdə Su Kanalizasiya İdarəsinə heç bir aidiyyəti yoxdur, vətəndaşın özü tərəfindən qazılıb:

“Elşən Cavadovun anası Aşa Cavadova kanalizasiya quyusunun qapağını açıb və quyuya baxmaq üçün ora batareya işığı salıb. Partlayış da məhz bu zaman baş verib. Çünki kanalizasiya quyusunda həmişə metan qazı olur”.   

***

2 nəfər xəsarət alıb

Mayın 19-da Bərdədə kanalizasiya quyusunda partlayış olub. Olay Ədalət Ədilov küçəsi, ev 34 ünvanında qeydə alınıb. Həmin ünvandakı həyətin kanalizasiya quyusunda baş verən partlayış nəticəsində 1984-cü il təvəllüdlü Nüşabə Naibova və 40 yaşlı Niyaməddin Qarayev müxtəlif bədən xəsarətləri alaraq Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta ağırdır. 

Bərdə Su Kanalizasiya İdarəsinin rəisi Şəmil Ziyadov partlamaya səbəb vətəndaş Elşən Cavadovun evinin qarşısında 6 metrlik kanalizasiya quyusu qazması olduğunu söyləyib: 

“Həmin kanalizasiya quyusunun Bərdə Su Kanalizasiya İdarəsinə heç bir aidiyyəti yoxdur. Vətəndaşın özü tərəfindən qazılıb. Bu gün Elşən Cavadovun anası Aşa Cavadova kanalizasiya quyusunun qapağını açıb və quyuya baxmaq üçün ora batareya işığı salıb. Partlayış da məhz bu zaman baş verib. Çünki kanalizasiya quyusunda həmişə metan qazı olur”.