Dağ çaylarında daşqınlar gözlənilir

foto APA

Çaylarda suyun səviyyəsi artacaq

Ölkə çaylarının aprel-iyun aylarının proqnozu hazırlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Böyük Qafqazın cənub-qərb (Balakən-Şəki, Oğuz-Qəbələ) yamacındakı çaylarda su çoxillik normanın 80-105, şimal-şərq (Quba-Qusar-Xaçmaz) yamacındakı çaylarda da 63-90 faizini təşkil edəcək.

Kiçik Qafqazın (Daşkəsən-Gədəbəy-Göygöl) çaylarında isə su normanın 75-100, Naxçıvan Muxtar Respublikası və Lənkəran-Astara bölgəsi çaylarında da 45-85 faizinə bərabər olacaq.

Nazirlik bu il bəzi dağ çaylarında qısamüddətli daşqınların baş verəcəyini ehtimal edir.