foto trend.az

İranda sel daşqınları 41 nəfərin həyatına son qoyub

Ölü və itkin sayının artacağı ehtimal olunur

İranın Şərqi Azərbaycan və Kürdüstan əyalətlərində sel nəticəsində ölənlərin sayı 41-ə yüksəlib.

Qonşu ölkənin şimal-qərbində baş vermiş təbii fəlakət nəticəsində daha bir neçə nəfər itkin düşüb.

Ölənlər Kirmanşah əyalətinin, Şərqi Azərbaycan əyalətinin Azərşəhr və Əcəbşir şəhərlərinin sakinidir.

Hazırda Əcəbşir rayonunda 14 nəfərin meyiti tapılıb, daha üç nəfərin meyiti Azərşəhr dairəsində sudan çıxarılıb. Axtarış-xilasetmə işləri davam edir. Sel daşqınları nəticəsində 37 nəfər zərər çəkib”, - deyə məlumatda qeyd olunub.

APA yazır ki, İran prezidenti təbii fəlakət bölgəsinə xüsusi nümayəndələr göndərib.

Təbriz şəhərində də sel evlərə ziyan vurub. Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində sel bir neçə körpünü dağıdıb, bir neçə kəndin əhalisi evakuasiya olunub.

Ölü və itkin sayının artacağı ehtimal olunur.