Blogerin verdiyi apellyasiya şikayətinə baxılacaq

Bloqqer Mehman Hüseynov

Mehman Hüseynovun məhkəməsinin vaxtı məlum olub

Bakı Apellyasiya Məhkəməsində bloger Mehman Hüseynovun şikayəti üzrə hazırlıq iclası 29 mart saat 16.30-a təyin edilib. Bu barədə Turan-a vəkil Elçin Sadıqov bildirib. O qeyd edib ki, iclas mətbuat üçün açıq olacaq və bloger özü məhkəməyə aparılacaq.

Şikayətdə müdafiə tərəfi apellyasiyaya qismən təkrar məhkəmə istintaqı keçirilməklə baxılması və blogerə bəraət verilməsi məsələsini qaldırıb.

Mehman Hüseynov martın 3-də Nəsimi Rayon polis idarəsinin rəisi Musa Musayevin şikayəti əsasında diffamasiya ittihamı ilə iki il müddətinə azadlıqdan məhrum edilib. İddia üçün bəhanə blogerin Nəsimi Rayon polisi tərəfindən ona işgəncə verildiyi haqqında bəyanatları olub.

Hüseynov və hüquq müdafiə təşkilatları əmindirlər ki, bloger sosial şəbəkələrdə Azərbaycanın yüksək vəzifəli məmurları haqqında tənqidi reportajlarına görə təqib olunur.