Tale Bağırzadənin tərəfdarı ''terror''a çağırışda günahlandırılır

Elxan İsgəndərov

Elxan İsgəndərovun barəsində həbs-qətimkan tədbiri seçilib

“Müsəlman Birliyi” Hərəkatının fəalı Elxan İsgəndərov cümə axşamı Nəsimi Rayon Məhkəməsinin qərarı ilə üç ay müddətinə həbs olunub, bu barədə Turan agentliyi məlumat yayıb.

O 2015-ci il Nardaran hadisələri ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib. Bu barədə onun vəkili Fariz Namazlı bildirib.

İstintaq bildirib ki, bu müddətdə E.İsgəndərov polisdən yayınıb.

Vəkil qeyd edib ki, “Müsəlman Birliyi” Hərəkatının sədr müavininə qarşı irəli sürülən ittihamlar E.İsgəndərova qarşı da irəli sürülüb: odlu silah tətbiq etməklə terrorizm, terrora, kütləvi iğtişaşlara çağırışlar, hakimiyyət nümayəndəsinin tələblərinə tabe olmamaq və s.

Vəkil hələ müttəhimlə görüşməyib. Müdafiə tərəfi bildirib ki, həbs barədə qərardan şikayət veriləcək.

Martın 15-dən 16-na keçən gecə E.İsgəndərov pəncərədən evinə girən maskalı şəxslər tərəfindən saxlanılıb.