Latviyanın eks-prezidenti Bakıda Niderlandı yaxşı nümunə adlandırdı

Niderland

Azərbaycan XİN bir neçə gün əvvəl Niderlandda hüquq və azadlıqların kobud şəkildə pozulduğunu bəyan etmişdi

Bakıda Qlobal Forumda çıxış edən prezident qeyd edib ki, dövlətlər iki kateqoriyaya bölünür - hakimiyyəti kriminal metodlarla idarə edən kriminal elementlərin ələ keçirdiyi dövlətlər və öz vətəndaşlarının hüquqlarına hörmət edən dövlətlər.

Freyberg
Freyberg.

"Vətəndaşlarının hüquqlarını tamamilə təmin edən, dövlət və vətəndaş arasında ən doğru münasibətlər quran dövlətə nümunə Niderlanddır", deyə o bildirib. Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberq Niderlandı "vətəndaşların hüquqlarına hörmət edən dövlətin parlaq nümunəsi" adlandırıb.

XİN rəsmisi bir neçə gün əvvəl Niderlandı pisləmişdi

XİN sözçüsü H. Hacıyev qeyd etmişdi ki, insan hüquqları və demokratiyanı özünün təməl prinsipləri hesab etdiyi halda Niderland hökumətinin Türkiyə Respublikası hökumət rəsmilərinə qarşı həyata keçirdiyi tədbirlər, Niderlandda yaşayan türk icması üzvlərinin sərbəst və dinc toplaşmasına imkan verilməməsi və onlara qarşı gücdən istifadə olunması qərəzli və ziddiyyətli xarakter daşıyır: “Bu, Diplomatik və Konsulluq münasibətləri haqqında Vyana konvensiyası, insan hüquqları, sərbəst toplaşma və ifadə azadlığı kimi fundamental prinsiplərin kobud şəkildə pozulması ilə müşayiət olunur. Bu kimi davranış eləcə də diplomatik-etik çərçivələrdən tamamilə kənardır.  Bütün bunlar hal-hazırda Avropada yayılmaqda olan İslamafobiya, ksenofobiya və ayrı-seçkilik kimi neqativ meyllərinin aradan qaldırılması, multikulturalizm, dözümlülük, dialoq və anlaşmanın təşviq edilməsinə xüsusi ehtiyacın olduğunu bir  daha göstərir”.