Quba-Xınalıq yolunda qar uçqunu

qar yol - Foto: Azadlıq Radiosu

7 kəndlə əlaqə kəsilib

Fevralın 17-si Quba-Xınalıq yolunda qar uçqunu olub.

APA yazır ki, uçqun magistralın 37-ci kilometrliyində qeydə alınıb. Yolda avtomobillərin hərəkəti məhdudlaşıb. Xınalıqla bərabər yolun üzərində olan daha 7 kəndlə əlaqə kəsilib.

“Azəravtoyol” ASC-nin yerli qurumunun canlı qüvvəsi və ağır texnikası əraziyə cəlb olunub. Hazırda yolun təmizlənməsi istiqamətində işlər aparılır.

Lerik rayonunda da qar uçqunu baş verdiyi bildirilir. Bu rayonda da bir neçə dağ kəndi ilə əlaqənin kəsildiyi deyilir.