Şaxta olacaq, qar yağacaq

foto APA

Yolların buz bağlama ehtimalı var

Fevralın 17-də Bakı və Abşeron yarımadasında arabir qar yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir.

Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, havanın temperaturunun gecə 0-2° şaxta, gündüz 1-3° isti, Bakıda gecə 0-2° şaxta, gündüz   1-3° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  normadan yüksək 771  mm civə sütunundan 774  mm civə sütununa yüksələcək.  Nisbi rütubət  85-95 faiz olacaq. 

Gecə və səhər yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Axşam yağıntı tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 1-5° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yolların buz bağlama ehtimalı var.