‘‘Ermənistan Azərbaycan əsgərinin cəsədini qaytarmalıdır’’

Torbyorn Yaqland by Vikipediya

Avropa Şurasının baş katibi Torbyorn Yaqland bu barədə bəyanat yayıb

Avropa Şurasının baş katibi Torbyorn Yaqland   Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş Azərbaycan əsgərinin cəsədinin qaytarılmasına çağıran bəyanat yayıb.

“Turan” yazır ki, bəyanatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin humanitar aspektlərindən narahatlıq ifadə olunub:
“Dekabrın 29-da baş vermiş hadisə ölümlə nəticələnib. Ermənistan silahlı qüvvələrinin həlak olmuş Azərbaycan əsgərinin cəsədini saxlamasından xəbərdaram. Tərəfləri atəşkəsə əməl etməyə çağırıram”.

Torbyorn Yaqland  ATƏT-in Minsk qrupunun 2010-cu il Həştərxan Sammitində əldə edilmiş razılaşmalara uyğun olaraq cəsədin tez zamanda qaytarılması ilə bağlı tələbini tam dəstəklədiyini də deyib.