Ekspert 4 faizlik marjanın ləğv edilməsinin əleyhinədir

Центральный банк Fotoqraf: sputnik

Mərkəzi Bank: 4%-lik marja ləğv olunur

Azərbaycan Mərkəzi Bankında bank rəhbərləri ilə görüş keçirilib və AMB rəhbərliyi tam üzən məzənnə rejiminə keçidə hazır olduğunu bankların diqqətinə çatdırıb: "Xırda detallar həllini tapdıqdan sonra tam üzən məzənnə rejiminə keçid tam baş tutacaq". Bu barədə xəbəri APA yayıb.

Bankirlər bildiriblər ki, tam üzən məzənnə rejiminə keçid baş tutduqdan sonra valyuta hərracının formatı dəyişəcək. Banklar valyuta mübadilə əməliyyatlarının aparılması zamanı müəyyən olunmuş faiz dəhlizi, yəni marja (hazırda -/+4%) ləğv olunacaq. Nəticədə banklar tələb və təklifi nəzərə alaraq valyuta alqı-satqısı zamanı məzənnəni özləri müəyyənləşdirəcək.

Samir Əliyev
Samir Əliyev.

Mərkəzi Bankın marjanın ləğv edilməsi ilə bağlı qərarını Meydan TV-ə şərh edən iqtisadçı Samir Əliyev bildirib ki, bu qərarın əleyhinədir.

Ekspert əlavə edib ki, "mən marjanın ləğv edilməsini yox, onun həddinin artırılmasını məqsədəuyğun sayıram. Mərkəzi Bank 4%-lik marjanı artıraraq 6-8%-ə qaldırmaqla ən azı bazarın reaksiyasını öyrənə bilər və prosesin kəskin nəzarətdən çıxmasına imkan verməz. Marjanın götürülməsi müəyyən bir dövrdə, yəni bazarda tələbin təklifi kəskin üstələməsi vaxtı dolların məzənnəsinin nəzarətdən çıxmasına səbəb ola bilər. Ona görə bir müddət məzənnənin marja vasitəsilə tənzimlənməsinə ehtiyac var".