Bundestaqda Qiyas və Bayrama həmrəylik aksiyası

Deputatlara imzalaması üçün petisiya göndərilib

Dekabrın 17-də Berlin şəhərində yerləşən alman parlamentində Linke fraksiyası tərəfindən „Univeristetlərdə antirasizm və antifaşizm” adı altında 200 nəfərin iştirak etdiyi tələbə konfransı keçirilib.

Meydan TV-nin məlumatına görə, konfrans ərzində bəzi tələbələr Azərbaycanda həbsdə olan Qiyas İbrahim və Bayram Məmmədova öz həmrəyliklərini nümayiş etdirərək banner ilə şəkil çəkdiriblər. Bu aksiya ətrafdakı bəzilərinin marağına da səbəb olub. Onlar həbslə bağlı çox sayda sual verib, həbsin səbəbini isə "dəhşətverici" adlandırıblar.

Konfransda bir çox millət vəkili iştirak edib.

Konfrans iştirakçıları bir həftə öncə onlara məktub yazaraq xahiş ediblər ki, həbs edilmiş tələbələrin azad edilməsi üçün petisiya imzalasınlar. Millət vəkili Nicole Qolke tələbələrə ona göndərilən məktubu gözündən qaçırdığı üçün təəssüfləndiyini deyib. Bildirib ki, qısa zamanda bununla bağlı təşkilatçılarla əlaqə saxlayacaq.