Dəbli ekologiya

Ekologiyaçılıq dəbə çevrilir - məşhur markalar getdikcə yeni nəsə istehsal etmək əvəzinə köhnə paltarların emalına üz tutur. Bu, təbii ehtiyatları qorumağa imkan verir və yaradıcılıq üçün yeni üfüqlər açır.

Azərbaycanlı geyim dizayneri və eko-aktivist Renara Şamsiyeva köhnə paltarların təkrar istifadəsini dəbə gətirməyə çalışır. Tanışları və tekstil istehsalçılarının ona verdiklərindən Renara yeni şeylər tikir və inandırıcı şəkildə sübut edir ki, bu, dəbli ola bilir.

Renaranın kolleksiyasında bir çox cins var - çünki denim istehsalı xüsusilə ətraf mühitə zərərlidir. “Hər il dünyada təxminən 2 milyard cins şalvar istehsal edilir və yalnız bir şalvarın istehsalında 4 min litr su istifadə olunur”, - Renara deyir.

Hər hansı digər paltar dizayneri kimi, Renara da sosial şəbəkələrdəki səhifəsində dəbli əşyaların fotoşəkillərini və eskizlərini paylaşır, moda dünyasının ən son tendensiyaları haqqında danışır. O, həmçinin, mağazalarda dolub-daşan geyimlərin necə hazırlandığını və ətraf mühitə nə qədər zərər verdiyini izah edir.

Azərbaycanlı geyim dizayneri və eko-aktivist Renara Şamsiyeva
Azərbaycanlı geyim dizayneri və eko-aktivist Renara Şamsiyeva.

O, səbirlə abunəçilərinə köhnə əşyaların yenidən istifadəsinin üstünlüklərini izah edir: çöküntülərin içində yer tutmaqdan, hava və torpağı zəhərləməkdənsə, onlardan necə istifadə oluna bilər, əşyaları yeni formada istifadə etmək olar. Köhnə geyimlərdən yeni paltar hazırlamaq nisbətən ucuz başa gəlir, çünki su, elektrik və boyaların istifadəsi istehsal prosesindən çıxır.

Renaranın geyimlərinə olan tələbat ötən il ərzində əhəmiyyətli dərəcədə artıb.

“Əvvəllər mən əsasən gənclər üçün tikirdim. İndi isə müştərilərim hər yaşdan, dəbli geyinməyi sevən və ətraf mühit məsələlərinə qayğısız qalmayan insanlardır”, - dizayner deyir.

Renaranın kolleksiyasında heç vaxt iki eyni model olmur - ən başda yalnız ona görə ki, hər zaman öz əşyalarını yaratdığı xammal - unikaldır.

“Əlbəttə ki, ideyamız tamamilə hansısa materialdan asılı olduğunda - asan olmur, amma məni cəlb edən də elə budur”, - Renara deyir.