Sonuncu dəfə nə vaxt ürəkdən gülmüsünüz?

“Gülüş ömrü uzadır” deyirlər. Amma ölkədə çox az adamın üzündə gülüş görmək mümkündür. Elə buna görə də Bakı sakinlərindən soruşduq ki, sonuncu dəfə nə zaman ürəkdən güldüklərini xatırlayırlarmı.

- Oğlum olanda ürəkdən gülmüşdüm. Sonra eləcə dost-tanış üçün gülümsəmişəm. Onda ürəkdən sevinmişəm və gülmüşəm.
- Dünən axşam qrup yoldaşlarımla birlükdə gülmüşəm. Müəllimlərdən söhbət düşdü, bir-ikisini ələ saldıq, güldük.
- Heç xəbərim var ki? Yadımdan çıxıb.
- Mən həmişə gülən qadınam. Məndə problem də olanda büruzə vermirəm, gülürəm. Həyatı sevən qadınam.
- Qışda, dostum buzun üstünə yıxılanda gülmüşdüm. Mən ancaq kimsə yıxılanda gülürəm.